Parlamentdə dava düşdü: Deputatlar əlbəyaxa oldular - Foto
Dünya
Meksikanın Mexiko şəhərində şəhər şurasının iclası zamanı gözlənilməz hadisə baş verib.
News24.az xəbər verir ki, PAN və MORENA partiyalarının üzvləri parlament kürsüsü ətrafında toqquşublar.
Dava zamanı üzvlər bir-birinin saçlarını yolaraq və qışqıraraq mübahisə ediblər. Hadisə kameraya da düşüb.
Dava şəhər şurasının gündəliyindəki “şəffaflıq agentliyinin” ləğvi və yeni bir agentlik yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı baş verib.
Sessiya zamanı müzakirələrin gərginliyi üzvlər arasında belə dramatik davranışa gətirib çıxarıb.