Paşinyan İlham Əliyev və Ərdoğanla eyni tədbirə qatılacaq

Paşinyan İlham Əliyev və Ərdoğanla eyni tədbirə qatılacaq Dünya
İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qonaq qismində iştirak edəcək.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov öz Facebook səhifəsində məlumat verib.
O qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammitində ümumilikdə 15 dövlət başçısı iştirak edəcək.