Paşinyan bu tarixdə Azərbaycana gəlmək istəyir
Dünya
Ermənistanın baş naziri Nikol Paşinyan 2028-ci ildə Avropa Siyasi Birliyinin növbəti sammitində iştirak etmək üçün Azərbaycana səfər etmək istəyir.
News24.az xəbər verir ki, Paşinyan bu barədə İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitinin açılışında bildirib.
“Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanda keçirilən tədbirdə ilk iştirakıdır, baxmayaraq ki, bu iştirak məsafədən oldu. Amma ümid edirəm ki, 2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyinin 10-cu sammitində iştirak etmək üçün mənim də Azərbaycana səfər etmək imkanım olacaq”, – deyə o, qeyd edib. /TASS/