Paşinyan həyat yoldaşı ilə birlikdə BƏƏ-yə getdi

Paşinyan həyat yoldaşı ilə birlikdə BƏƏ-yə getdi Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyan ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə yollanıb.

News24.az xəbər verir ki, fevralın 4-də Nikol Paşinyan Əbu-Dabidə 2026-cı il üçün “Zayed” insan qardaşlığı mükafatının təqdimetmə mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Baş nazirin bir sıra rəsmi görüşlər keçirəcəyi də istisna edilmir.