Paşinyan növbədənkənar parlament seçkilərinə hazırlaşır?
Dünya
Ermənistanın baş naziri Nikol Paşinyanın komandası onun növbədənkənar parlament seçkiləri keçirməyə hazırlaşdığını düşünür.
News24.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, baş nazirin tərəfdarlarını təəccübləndirən məqam 2026-cı ilin iyununda keçirilməsi planlaşdırılan növbəti seçkilərə 8 ay qalmış seçki qərargahının rəhbəri və təşviqat üzrə müavinin təyin olunması olub.
Paşinyanın bu addımı onun komandasındakı bir çox şəxsdə növbədənkənar seçkilərə bağlı fikir formalaşdırıb.
Qəzet yazıb ki, bu dəfə qərargaha rəhbərlik postu müdafiə naziri Suren Papikyana deyil, baş nazirin aparat rəhbəri Araik Arutyunyana həvalə olunub.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayında keçirilməlidir.