Paşinyan ondan ayrılan həyat yoldaşından üzr istədi
Dünya
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın ayrılmaları ilə bağlı etdiyi açıqlamaya münasibət bildirib.
News24.az xəbər verir ki, Paşinyan Anna Akopyanın qərarına hörmətlə yanaşdığını açıqlayıb.
“Son 30 il ərzində o, bütün çətin günlərimdə yanımda olub, mənə dayaq və dəstək olub. Əmin deyiləm ki, mən onun üçün eyni olmuşam. Ola bilsin, ona daha çox məyusluq yaşatmışam və buna görə üzr istəyirəm”, — deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Anna Akopyan video yayımlayaraq Paşinyanla nikahının başa çatdığını bildirib. O, həmçinin hökumət bağ evini tərk etdiyini də deyib. (news.am)