Paşinyandan ayrılan Anna evi tərk edib kirayə mənzilə köçdü

Paşinyandan ayrılan Anna evi tərk edib kirayə mənzilə köçdü Dünya

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan gözlənilməz addım atıb.

News24.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

O, Nikol Paşinyanla ayrıldığını və hökumətə məxsus bağ evlərini tərk etdiyini bildirib.

Məlumata görə, Paşinyanla vətəndaş nikahının başa çatması ilə bağlı paylaşımı onların birgə həyatının bitməsi anlamına gəlib. Nikahın rəsmi qeydiyyatı ilə bağlı olmayıb.

Akopyanın sözlərinə görə, bundan sonra o, kirayə mənzildə yaşayacaq. Buna səbəb isə aldığı mənzilin hələ tikinti mərhələsində olmasıdır.

Yaşayış xərclərinə gəlincə, o bildirib ki, hesabında 5 milyon dram vəsait qalıb. Həmçinin “Mənim Addımım” fondunda fəaliyyətini davam etdirmək istədiyini qeyd edib. Bununla belə, Akopyan bu fəaliyyətinə görə, cinayət məsuliyyətinə cəlb oluna biləcəyini də istisna etməyib.