Paşinyanın aparatının xərcləri azaldılacaq
Dünya
2027-ci ildə Ermənistan Baş nazirinin aparat xərcləri 1,6 milyard dram (6,4 faiz) azaldılaraq 24,2 milyard drama (66,4 milyon dollar) çatdırılacaq.
News24.az xəbər verir ki, bu, Ermənistan gələn ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulub.
Eyni zamanda, prezident və parlament aparatlarının maliyyələşdirilməsi də artırılacaq.
Prezident aparatının xərcləri təxminən 11 faiz artaraq 1,79 milyard drama (4,9 milyon dollar), parlamentin xərcləri isə 8,5 faiz artaraq 7,59 milyard drama (20,8 milyon dollar) çatdırılacaq.