Paytaxtda dronun qalıqları uşaq oyun meydançasına düşdü - Kliçko
Dünya
Kiyev də daxil olmaqla Ukraynaya düşmən pilotsuz təyyarə hücumu davam edir.
Paytaxtın Dnepr rayonunda pilotsuz uçuş aparatının qalıqları evlərin arasında yerləşən uşaq meydançasına düşüb.
News24.az 32gun.az-a istinadla xəbər verir ki, bu barədə şəhərin rəhbəri Vitali Kliçko məlumat verib.
"Fövqəladə hallar xidmətləri yoxlamaq üçün yoldadır" dedi.
Partlayış səsləri Kiyevətrafı qəsəbələrdə eşidilməkdə davam edir, sığınacaqlarda qalın.