Pensiyaçılar əmək kitabçasında bu varsa, iyunda artım alacaqlar

Pensiyaçılar əmək kitabçasında bu varsa, iyunda artım alacaqlar Dünya

Rusiyada iyun ayında  pensiyaçıların əmək kitabçalarında stajla bağlı səhvlər aşkar edildikdə, mart, aprel və may ayları üçün pensiyalar yenidən hesablanır. 

Əmək kitabçasındakı cəmi iki qeydin düzəldilməsi belə aylıq ödənişlərə əhəmiyyətli təsir göstərə bilər.

Əmək stajı pensiyanın məbləğini birbaşa müəyyən edən amillərdən biridir. Bəzi hallarda başqa vəzifəyə keçidlə bağlı qeyd edilməmiş dəyişikliklər və ya təsdiqlənməmiş düzəlişlər stajın bir hissəsinin nəzərə alınmamasına səbəb olur.

Təqaüdçülərə əmək kitabçalarını diqqətlə yoxlamaları tövsiyə olunur. Qeydlər düzgün deyilsə, keçmiş işəgötürəndən arayış alınmalı, şirkət yoxdursa – arxivə müraciət edilməlidir. Lazım gələrsə, məsələ məhkəmə ilə də həll oluna bilər.

Aqil