Peyğəmbərlər haqqında deyilənlər qəzəbə səbəb oldu: Həbs cəzası istənildi

Peyğəmbərlər haqqında deyilənlər qəzəbə səbəb oldu: Həbs cəzası istənildi Dünya

Komediyaçı Yavuz Kırma barəsində dini dəyərləri təhqir ittihamı ilə həbs tələbi irəli sürülüb.

News24.az xəbər verir ki, “Yavuz Günal” səhnə adı ilə çıxış edən komediyaçı Yavuz Kırma haqqında Anadolu Baş Prokurorluğu tərəfindən ittihamnamə hazırlanıb.

Prokurorluq onun dini hadisələr və peyğəmbərlər barədə səsləndirdiyi fikirlərə görə “ictimaiyyətin bir hissəsi tərəfindən qəbul edilən dini dəyərləri açıq şəkildə təhqir etmək” maddəsi ilə 6 aydan 1 ilə qədər azadlıqdan məhrum edilməsini tələb edib.

İttihamnamədə qeyd olunub ki, Yavuz Kırma çıxışlarının birində İslamın yaranması ilə bağlı bir filmdən istifadə edərək hicrət zamanı baş verən mağara hadisəsini satirik və təhqiramiz formada təqdim edib. Həmçinin İbrahim və Musa peyğəmbərlərlə bağlı qurban və əsalarla hekayələrin istehza ilə danışdığı qeyd edilib.