Pezeşkian müharibəyə son qoyulması üçün şərtini açıqladı

Pezeşkian müharibəyə son qoyulması üçün şərtini açıqladı Dünya

“İsrail rejimi və ABŞ-nin təxribatı ilə başlayan müharibənin başa çatmasının yeganə yolu İranın qanuni hüquqlarının qəbul edilməsi, təzminatın ödənilməsi və onların yenidən hücum etməməsi üçün qəti beynəlxalq öhdəliyin qoyulmasıdır”.

News24.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian özünün “X” hesabında yazıb.

O qeyd edib ki, bu barədə Rusiya və Pakistan liderləri ilə aparılan müzakirələr zamanı danışıb.

Bundan başqa, tərəflər həmçinin regiondakı vəziyyət, gərginliyin azaldılması və müharibənin dayandırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Pezeşkian qeyd edib ki, İran regionda sülh və sabitliyin qorunmasına sadiqdir və münaqişənin diplomatik yollarla həllini dəstəkləyir.