Pezeşkian: “Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil”

Pezeşkian: “Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil” Dünya

İran prezidenti Məsud Pezeşkian, parlamentin plenar iclasında hökumətin xalqın sosial və iqtisadi problemlərinin həllinə yönəlik prioritetlərini vurğulayıb.

News24.az “Khabar Online”-a istinadən xəbər verir ki, Pezeşkian İran parlamentinin hər həftənin bir gününü insanların problemlərinə həsr etməyə çalışdığını bildirib:

“Xalq ac olanda biz idarə edə bilmərik. Bu ilin büdcəsi elə təşkil olunmalıdır ki, insanların güzəranı əsas prioritet olsun. Əgər xalqın dolanışığını təmin etməsək, nəyə sahib olsaq da, hər şey mənasız görünəcək”.

Pezeşkian, habelə, İranın zəif qalmasına imkan verməyəcəyini və milli birlik ilə ölkənin problemlərini həll etməyə çalışacağını qeyd edib. O, xalqın problemlərini yalnız həmrəylik sayəsində aradan qaldıracaqlarına inandığını vurğulayıb.