Pişiyə görə arvadını boşayacaq

Pişiyə görə arvadını boşayacaq Dünya

Adanada pişiyi itən qadın onu tapana 15 min lirə mükafat verəcəyini bildirib.

News24.az xəbər verir ki, Zeynep Eğri adlı qadın onu çox sevən ərinin pişiyi tapılmazsa ondan boşanacağını deyərək duyğulu anlar yaşayıb.

1 yaşlı pişikdən xəbər ala bilməyən Eğri pərişan olub.

Əri Həmzə Eğrinin də pişiyi çox sevdiyini bildirən Eğri, "3 gündür ki, pişiyimizdən xəbər yoxdur. Əvvəl getmişdi, qayıtmışdı. Bu dəfə gəlmədi. Yoldaşım da pişiyi çox sevir", - deyə bildirib. 

Ərinin işləmək üçün xaricə getdiyini deyən qadın sözlərinə belə davam edib:

“Ərim gedəndə dedi ki, pişiyə yaxşı bax, ona heç nə olmasın, başına bir şey gəlsə, səni boşayaram. Pişiyimin itməsinəmi, ərimin məni boşayacağınamı kədərlənim bilmirəm, çox pis vəziyyətdəyəm”.

Günel Məlikzadə


Pişiyə görə arvadını boşayacaq