Polşa Ukraynaya son qırıcılarını verir, əvəzində isə…
Dünya
Polşa Ukraynaya özünün sovet istehsalı olan sonuncu MiQ-29 qırıcılarını təhvil verir və bunun müqabilində müasir hərbi texnologiyalar alacaq.
News24.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Polşa Silahlı Qüvvələri Baş Qərargahı “X” platformasında bildirib ki, bu addım NATO-nun Ukraynanı dəstəkləmək və ittifaqın şərq cinahında təhlükəsizliyi gücləndirmək siyasətinin tərkib hissəsidir.
Polşa köhnə təyyarələri istismardan çıxarır və onların əvəzində ABŞ istehsalı F-16 və Cənubi Koreyanın FA-50 qırıcılarına keçəcək.
Polşa təyyarələri Ukraynaya tam olaraq “hədiyyə” etmir. Hazırda iki ölkə arasında raket və pilotsuz uçuş aparatları üzrə ukrayna texnologiyalarının alınması ilə bağlı danışıqlar davam edir. Varşava yeni nəsil silah sistemləri əldə etmək və onların birgə istehsalını inkişaf etdirmək istəyir.