Polis əməliyyat keçirdi - Bu məşhurlar saxlanıldı

Polis əməliyyat keçirdi - Bu məşhurlar saxlanıldı Dünya

İstanbulda polis məşhur şəxslərə qarşı növbəti genişmiqyaslı əməliyyat keçirib.

News24.az xəbər verir ki, Narkotik Cinayətlərlə Mübarizə İdarəsi ilə koordinasiyalı şəkildə aparılan istintaq çərçivəsində “istifadə üçün narkotik və ya stimullaşdırıcı maddə almaq, qəbul etmək və ya saxlamaq” həmçinin “narkotik maddə təmin etmək” cinayətlərində şübhəli bilinən 14 nəfər barəsində saxlanılma qərarı verilib.

Həyata keçirilən eyni vaxtlı əməliyyat nəticəsində 11 nəfər saxlanılıb. Araşdırmalar zamanı 2 nəfərin axtarışda olduğu, 1 nəfərin isə hazırda ölkə xaricində olduğu müəyyən edilib.

Saxlanılan şübhəlilər arasında Hafsanur Sancaktutan, Emir Can İğrek, Serra Pirinç, Ogün Alibaş, Utku Ünsal, Elif Büşra Pekin, Burak Deniz, Mert Demir, Emre Öztürk, Ender Eroğlu və Enes Güler kimi tanınmış simaların olduğu bildirilib.

Haqlarında saxlanılma qərarı çıxarılan Somer Sivrioğlu, Sinem Özenç Ünsal və Ahsen Eroğlu ilə bağlı axtarış tədbirlərinin davam etdiyi qeyd olunub. (TRT Haber)