Polis mənzilə basqın etdi - 6 min SİM-kart müsadirə edildi
Dünya
Rusiyanın Sankt-Peterburq şəhərində ən böyük telefon dələduzluğu mərkəzlərindən biri aşkarlanıb.
News24.az xəbər verir ki, qanunsuz fəaliyyət yaşayış binasındakı mənzildə təşkil olunub.
Hüquq-mühafizə orqanlarının keçirdiyi reyd zamanı 6 mindən çox SİM-kart müsadirə edilib.
Əməliyyat zamanı 21 SIM-boksu idarə edən administrator saxlanılıb.
Məlumata görə, həmin şəxs aprel ayından etibarən öz fərdi sahibkarlığı vasitəsilə messencer və sosial şəbəkələrdə hesablar yaradaraq satışını həyata keçirib.
Araşdırma zamanı bir ay ərzində təxminən 2 min hesab açıldığı müəyyən olunub.
Bildirilib ki, bu hesablar Rusiya vətəndaşlarını aldatmaq məqsədilə istifadə edilməli idi. Hazırda bütün hesablar bloklanır. Saxlanılan şəxs barəsində cinayət işi açılıb və onu 8 ilədək həbs cəzası gözləyir. /Baza/