Polisin öldürdüyü yeniyetmənin nənəsindən etirazçılara çağırış

Polisin öldürdüyü yeniyetmənin nənəsindən etirazçılara çağırış Dünya
Fransada polis tərəfindən güllələnən Əlcəzair əsilli yeniyetmənin nənəsi iğtişaşçıları zorakılığı dayandırmağa çağırıb.

News24.az xəbər verir ki, bu barədə o, BFM telekanalına bildirib .

“Mən bunun hər yerdə dayandırılmasını istəyirəm. Mən indi əzilən insanları dayanmağa çağırıram”, deyə o bildirib.

Qeyd edək ki, Fransada kütləvi iğtişaşlar polisin 17 yaşlı əlcəzairli yeniyetməni Parisin Nanterre şəhərində güllələməsindən sonra başlayıb.