Polşa bu şəxslərə qarşı xüsusi imtiyazları aradan qaldırır
Dünya
Polşa hökuməti 2022-ci ildə Rusiya–Ukrayna müharibəsi fonunda tətbiq etdiyi ukraynalılara xüsusi dəstək tədbirlərini tədricən aradan qaldırmaq üçün qanun layihəsi hazırlayıb.
News24.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin mətbuat katibi Karolina Qaletska açıqlama yayıb.
Bildirilib ki, layihəyə əsasən, 4 mart 2026-cı ildən sonra bütün ukraynalılar Polşada digər əcnəbilərlə eyni statusa malik olacaq.
Ukraynalılar hələ də təcili tibbi yardım ala biləcək, lakin digər tibbi xidmətlərdən istifadə etmək üçün işə girməli və sığorta haqları ödəməlidirlər.
Eyni qayda “800+” proqramı üçün də keçərlidir: uşaqlara verilən müavinətləri almaq üçün valideynlərin işləməsi tələb olunacaq.
“Qaçqınların əksəriyyəti artıq işlə təmin olunub, uşaqlar məktəbə gedir və Polşa cəmiyyətinə inteqrasiya olublar. Bu qanunun saxlanılması xüsusi müddəalar ehtiva etdiyi üçün digər miqrantlara qarşı bərabərsiz münasibət riski yarada bilər”, – Qaletska bildirib.