Polşa Rusiyanı müharibəni uzatmaqda ittiham etdi
Dünya
Polşanın dövlət katibi İqnatsi Niemçitski Rusiyanın Ukraynada sülh istəmədiyini bildirib.
News24.az xəbər verir ki, onun sözlərinə görə, Moskva müharibəni bitirmək yox, “dondurmaq” və ya uzunmüddətli dağıdıcı münaqişəyə çevirmək niyyətindədir.
Polşa rəsmisi vurğulayıb ki, Rusiyanın bu strategiyası təkcə Ukrayna üçün deyil, bütün Avropa, xüsusilə Polşa və Baltikyanı ölkələr üçün ciddi təhlükə yaradır. İddialara görə, Kreml Qərbin Ukraynaya dəstəyini zəiflətmək və ordusunu yenidən gücləndirmək üçün vaxt qazanmağa çalışır.
Nimçitski bildirib ki, bu vəziyyəti dəyişməyin yeganə yolu Ukraynaya hərbi dəstəyin artırılması və Rusiyanın meydanda qəti məğlubiyyətə uğradılmasıdır.