Polşada missiya bitdi, "Patriot"lar geri çəkildi
Dünya
Almaniyanın Hava və Raketdən Müdafiə Qüvvələri Polşadakı missiyalarını plan üzrə başa çatdırıblar.
News24.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, missiyanın başa çatması ilə “Patriot” hava hücumundan müdafiə sistemlməri yenidən Almaniyaya köçürülüb.
Nazirliyin açıqlamasında qeyd olunur ki, “Patriot” sistemləri geri çəkilsə belə, Almaniya NATO alyansının şərq cinahının və tərəfdaş ölkələrin qorunmasına töhfə verməyə davam edəcək.
“Patriot sistemlərinin yenidən yerləşdirilməsindən sonra da Almaniya alyans ərazisinin şərq cinahının və tərəfdaşlarımızın müdafiəsinə yönəlik çoxsaylı töhfələrini davam etdirəcək”, – deyə bəyanatda vurğulanıb.