Polşadan kritik qərar: bu ərazilərdə minalar basdırılacaq

Polşadan kritik qərar: bu ərazilərdə minalar basdırılacaq Dünya

Polşa Soyuq müharibədən sonra ilk dəfə piyada əleyhinə minaların istehsalına başlayacaq.

News24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, minalar Belarus və Rusiya ilə sərhəd ərazilərdə yerləşdiriləcək.

Bildirilir ki, istehsalat 2026-cı ildə – Varşavanın Ottava Konvensiyasından çıxdıqdan sonra başlanacaq.