Polşalı fermerlər hərbi təlimlər üçün orduya çağırılacaqlar
Dünya
Polşalı fermerlər hərbi təlimlər keçirmək üçün payız və qış aylarında orduya çağırılacaqlar.
News24.az xəbər verir ki, bu barədə Polşanın “İnteria” portalı məlumat yayıb.
“Payız və qış aylarında fermerlər hərbi təlimlərə çağırılacaq”, - Milli Müdafiə Nazirliyi qərar verib.
Kənd Təsərrüfatı Nazirliyinin izah etdiyi kimi, bu müddət ərzində təsərrüfatlarda işlərin intensivliyi yay fəslinə nisbətən xeyli aşağıdır”, - məlumatda deyilib.
Eyni zamanda, portalın xəbərinə görə, Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyi fermerlərin hərbi təlimlərdən azad edilməsi ilə bağlı Müdafiə Nazirliyinə daha əvvəl məktub göndərib.
Əvvəllər polşalı fermerlərin iştirakı ilə təlimlərin avqust ayında keçirildiyi, lakin bununla bağlı daxil olan “çoxsaylı müraciətlər” səbəbindən tarixin dəyişdirildiyi izah edilib.
200 minə qədər fermerin səfərbər oluna biləcəyi qeyd olunub.
Məryəm İlhamqızı