Polşaya NATO-nun minlərlə hərbi texnikası - gətirilir

Polşaya NATO-nun minlərlə hərbi texnikası - gətirilir Dünya
Polşadakı NATO anbarlarında minlərlə hərbi texnika saxlanacaq.

News24.az axar.az-a istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.

Baş nazirin sözlərinə görə, Polşada NATO-nun şərq cinahının arxa cəbhəsi yaradılacaq:

“Bir neçə min NATO hərbi texnikası Povidzedə və Polşanın bəzi digər ərazilərində saxlanılacaq. Bu tanklar, piyadaların döyüş maşınları (PDM) NATO-nun şərq cinahını tez bir zamanda aktivləşdirəcək müxtəlif növ silahlardır”, - o bildirib.