Bu ölkədə polis baş nazirin iqamətgahına - BASQIN ETDİ
Dünya
Portuqaliya polisi ölkənin baş naziri Antonio Kostanın rəsmi iqamətgahında axtarış aparmağa gəlib.
News24.az xəbər verir ki, bu barədə “El Mundo” nəşri yazır.
Nəşrin məlumatına görə, korrupsiya faktı ilə bağlı aparılan istintaq çərçivəsində prokurorluqla birgə istintaq tədbirləri həyata keçirilib.
Qeyd olunur ki, müstəntiqlərin diqqəti Portuqaliyanın şimalında litium kəşfiyyatına və Sinesdə yaşıl hidrogen istehsalı üçün meqalayihəyə cəlb edilib. İstintaq çərçivəsində, xüsusən də Kosta administrasiyasının rəhbəri Vitor Eskaria, baş nazir Laserda Maçadonun məsləhətçisi və Sines şəhərinin meri Nuno Maskarenhas dindirilib.
“Mənbələr bildiriblər ki, ətraf mühit naziri Duarto Cordeiro və infrastruktur naziri Joao Qalamba, eləcə də keçmiş ətraf mühit naziri Joao Pedro Matos Fernandes bu işdə şübhəli bilinir”, - nərş bildirir.
Bundan əvvəl Portuqaliyada prezidentə sui-qəsd hazırlayan şəxs saxlanılıb.
Akqabay