Prezident maaşından çox pensiya alır
Dünya
ABŞ-nin sabiq prezidenti Co Bayden rekord məbləğdə pensiya ödənişi alır və bu məbləğ onun prezident maaşını da üstələyir.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlərin hesablamalarına görə, o, hər il vergi vəsaitləri hesabına 417 min dollar gəlir əldə edəcək. Bu isə prezident postundakı maaşından çoxdur.
Baydenin yüksək məbləğdə pensiya alması senatda 44 il fəaliyyəti, vitse-prezidentlik və prezidentlik sayəsində mümkün olub
O, eyni vaxtda iki fonddan, senatorların pensiya planından və sabiq prezidentlərin pensiya fondundan ödəniş alır.
Mütəxəssislərin sözlərinə görə, əgər ödənişlərin maksimum maaşının 80 faizi ilə məhdudlaşdırılması olmasaydı, Bayden təkcə senator pensiyasından 254 min dollardan çox vəsait ala bilərdi. Buna əlavə olaraq, sabiq prezidentlər üçün nəzərdə tutulan pensiya fondundan hər il təxminən 250 min dollar alır ki, bu da Nazirlər Kabineti katibinin maaşına bərabərdir.
Bundan başqa, Bayden əlavə vergi güzəştlərindən də yararlanır. Ofis sahəsinin, əməkdaşların və avadanlığın xərcləri dövlət tərəfindən ödənilir.
2026-cı il üçün bu məqsədlə ayrılan büdcə 1,5 milyon dolları keçir.
Qeyd edək ki, daha əvvəl Konqresdə prezident pensiyalarını və imtiyazlarını məhdudlaşdıran qanun layihələri təklif olunsa da, onlar qəbul edilməyib.
Artıq bəzi qanunvericilər bu cür həddən artıq yüksək ödənişlərin gələcək prezidentlər üçün normaya çevrilməməsi məqsədilə islahatların müzakirəsinə başlayıblar.