Pul, vədlər və müharibə: Kremldən yeni taktika – Budanov sirləri açdı
Dünya
Rusiya 2025-ci il üçün nəzərdə tutulan orduya cəlbetmə planını artıq vaxtından əvvəl yerinə yetirib.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirilo Budanov bildirib.
Budanovun sözlərinə görə, Rusiyanın 2025-ci il üzrə mobilizasiya planı 403 min nəfər təşkil edib və bu göstərici artıq dekabrın əvvəlində tam icra olunub.
O qeyd edib ki, Rusiya 2026-cı il üçün isə 409 min nəfərin orduya cəlb edilməsini planlaşdırır.
Bununla belə, GUR rəhbəri Rusiyanın canlı qüvvə toplama prosesində ciddi çətinliklərlə üzləşdiyini də təsdiqləyib. Budanovun sözlərinə görə, bu səbəbdən Rusiya hakimiyyəti mütəmadi olaraq birdəfəlik ödənişlərin məbləğini artırmağa məcbur qalır.
“Onlar vaxtaşırı birdəfəlik ödənişlərin səviyyəsini yüksəldirlər. Bu məbləğ regiondan asılı olaraq dəyişir, lakin söhbət kifayət qədər böyük rəqəmlərdən gedir. İnsanları bu yolla orduya cəlb edirlər”, – deyə Kirilo Budanov bildirib.