“Putin ancaq kağız qovluqlardan istifadə edir, smartfondan isə…” - Peskovdan açıqlama

“Putin ancaq kağız qovluqlardan istifadə edir, smartfondan isə…” - Peskovdan açıqlama Dünya
“Vladimir Putin hələ də  kağız qovluqlardan istifadə edir və smartfondan tamamilə imtina edib".

News24.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Dmitri Peskov jurnalistlərin suallarına cavablandırarkən deyib.  O qeyd edib ki,  Putin internetdəki məlumatlara baxır və televizor verilişlərini də izləyir.

“Putin kompüterdən də istifadə edir və onun  kompüter avadanlığı tələb olunan bütün təhlükəsizlik səviyyəsinə cavab verir. Onun başqa dövlətlərin rəhbərləri ilə rəsmi söhbətinin dinlənilməsi ehtimalı isə sıfıra bərabərdir. Ümumiyyətlə, Rusiya Federal Mühafizə Xidmətinin xüsusi rabitə bölməsi hərbi peyklərdən istifadə edir. Siqnal xüsusi üsullarla şifrələnir. Kimsə siqnalı tutsa belə, şifrəni açmaq bir ildən çox vaxt tələb edəcək.  

Aynurə