Putin Çində parada qatılacaq
Dünya
Rusiya Prezidenti Vladimir Putin Pekinə səfəri zamanı İkinci Dünya müharibəsində qələbənin və Yaponiyanın məğlubiyyətinin 80 illiyinə həsr olunmuş paradda iştirak edəcək.
News24.az xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov "RİA Novosti"yə müsahibəsində bildirib.
“Sentyabrın 3-də əsas qonaq kimi Prezidentimiz və Çin nümayəndələri bayram tədbirlərində iştirak edəcəklər”.
Paradda Rusiya lideri ilə yanaşı, daha 25 dövlətin başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək.
Aqil