Putin Çinə səfər etdi

Putin Çinə səfər etdi Dünya

Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edib.

News24.az xəbər verir ki, səfər iki gün davam edəcək.

Putini Pekinin Şoudu Beynəlxalq Hava Limanında yüksək səviyyədə qarşılayıblar. Onun şərəfinə Rusiya və Çin bayraqları qaldırılıb, fəxri qarovul düzülüb.

Vladimir Putinin Çin sədri Si Cinpinlə görüşü planlaşdırılıb. Qapalı formatda keçiriləcək bu görüşdən əvvəl Rusiya və Çin nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq.

Bundan başqa, Putin Çin Dövlət Şurasının Baş naziri Li Tsyan ilə görüşəcək, təhsil sahəsində qarşılıqlı illərin açılış mərasimində iştirak edəcək, həmçinin TASS və Sinxua agentliklərinin iki ölkə münasibətlərinin tarixinə həsr olunmuş birgə sərgisi ilə tanış olacaq. Proqramda digər protokol tədbirləri də yer alıb.