Putin prezidentliyə namizəd olacaq? - Özü AÇIQLADI

Putin prezidentliyə namizəd olacaq? - Özü AÇIQLADI Dünya

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində iştirak edəcək. 

News24.az TASS-a istinadən xəbər verir ki, bu qərarını o, Kremldə keçirilən tədbir zamanı açıqlayıb. 

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçiriləcək.

Xatırladaq ki, Rusiya lideri ilk dəfə 1999-cu ilin dekabrında Boris Yeltsinin istefasından sonra prezident olub. Rusiya konstitusiyası ardıcıl üç dəfə prezidentlik etməyə icazə vermədiyindən o, 2008-2012-ci illər arasında baş nazir kimi qısa müddət ərzində fəaliyyət göstərib.

Qumral