Putin Xameneini təbrik etdi
Dünya
Rusiya Prezidenti Vladimir Putin İranın ali lideri seçilməsi münasibətilə Müctəba Xameneini təbrik edib.
News24.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“İran silahlı təcavüzlə üzləşdiyi bir vaxtda Xameneinin bu vəzifədəki fəaliyyəti cəsarət və fədakarlıq tələb edir. Atanızın işini şərəflə davam etdirəcəyinizə və çətinliklər qarşısında İran xalqını birləşdirəcəyinizə əminəm. Rusiya İslam Respublikasının etibarlı tərəfdaşı olub və bundan sonra da olacaq”, - Putin bildirib.