Putin TikTok və digər sosial şəbəkələrdə hesab açmağı - PLANLAŞDIRMIR

Putin TikTok və digər sosial şəbəkələrdə hesab açmağı - PLANLAŞDIRMIR Dünya
Rusiya prezidenti Vladimir Putin İtaliyanın keçmiş baş naziri Silvio Berluskonini nümunə götürərək TikTok və digər sosial şəbəkələrdə hesab açmağı planlaşdırmır.

News24.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, planlaşdırmır ”- Kremlin sözçüsü jurnalistlərə “Putin sosial şəbəkələrdə hesab açmaqla bağlı fikrə yenidən baxmağı planlaşdırırmı?” sualın cavabında deyib.

Qeyd edək ki, Berluskoni TikTok sosial şəbəkəsində profil açıb, ilk videosunda gənclərə müraciət edib.