Putin Trampdan kömək istəyib?

Putin Trampdan kömək istəyib? Dünya

Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla əlaqə saxlayaraq Ukraynadakı müharibənin nizamlanmasına kömək istəyib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə D.Tramp açıqlamasında deyib.

Onun sözlərinə görə, telefon danışığı zamanı Putin bildirib ki, artıq 10 ildir müharibəni bitirməyə çalışır, lakin buna nail ola bilmir.

“İki həftə əvvəl Putinlə danışdım və o dedi ki, artıq 10 ildir bu müharibəni bitirməyə çalışırıq, amma hələ də bacarmamışıq. İndi isə bunu sən həll etməlisən”, – deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin qeyd edib ki, o, bu kimi məsələləri BMT-nin heç bir köməyi olmadan bir saat ərzində həll edə bilib.