Putin Ukrayna ilə razılığa gəlir? - Kreml açıqladı

Putin Ukrayna ilə razılığa gəlir? - Kreml açıqladı Dünya

“Rusiya prezidenti Vladimir Putin ABŞ-nin Ukrayna müharibəsinin dayandırılmasına dair irəli sürdüyü bəzi təklifləri qəbul edib və Moskva razılığa gəlmək üçün ABŞ nümayəndələri ilə görüşməyə hazırdır”.

News24.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Putinin Moskvada ABŞ nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə apardığı danışıqlar “faydalı və konstruktiv” olub, lakin ərazi məsələləri üzrə razılaşma əldə olunmayıb.

Kreml yayılan iddiaları təkzib edərək vurğulayıb ki, Putin təklifləri tam şəkildə rədd etməyib, onların bir qismini qəbul edib, bir qismini isə qəbuledilməz hesab edib. Peskov danışıqların normal proses üzrə davam etdiyini qeyd edib.

O həmçinin bildirib ki, Moskva Donald Trampın müharibənin sona çatdırılmasına yönəlmiş səylərini yüksək qiymətləndirir. Bununla belə Peskov danışıqların ictimailəşdirilməsinin “səmərəsiz” olduğunu, gizli diplomatiyanın isə daha doğru yanaşma olduğunu vurğulayıb.