Putin Ziniçevə ölümündən sonra "Rusiya Qəhrəmanı" adını verdi

Putin Ziniçevə ölümündən sonra "Rusiya Qəhrəmanı" adını verdi Dünya
Rusiya prezidenti Vladimir Putin fövqəladə hallar naziri Yevgeni Ziniçevi ölümündən sonra "Rusiya Qəhrəmanı" adı ilə təltif edib.

News24.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilib ki, Y.Ziniçev "Rusiya Qəhrəmanı" adı vəzifə zamanı göstərdiyi qəhrəmanlıq və cəsarətinə görə verilib. 

Qeyd edək ki, Ziniçev ötən gün Krasnoyarsk bölgəsində həlak olub. O, yeni filmin çəkilişləri üçün yer seçməyə gələn kinorejissor Aleksandr Melniki xilas etməyə çalışarkən ölüb.

Ordu generalının 55 yaşı olub. O, 2018-ci ilin may ayında fövqəladə hallar naziri təyin edilib.