Putindən sürpriz addım: Vizalar ləğv olunur

Putindən sürpriz addım: Vizalar ləğv olunur Dünya

Rusiya Prezidenti Vladimir Putin Çin vətəndaşlarının ölkəyə 30 günədək vizasız daxil olmasına icazə verən qərar imzalayıb.

News24.az-ın məlumatına görə, qaydalar turistlər, iş adamları, alimlər, sənətçilər və idmançıları əhatə edir. Bu addım Çinin ruslara vizasız giriş imkanı verməsinə cavab olaraq atılıb və 2026-cı ilin 14 sentyabrına qədər qüvvədə qalacaq.

Qərar miqrant işçilərə, uzunmüddətli tələbələrə və bəzi logistika və yükdaşıma işçilərinə şamil edilmir. Bu qruplar üçün yenə vizaya müraciət tələb olunur, lakin logistika işçiləri üçün vizasız giriş müddəti uzadılıb.

Qeyd edək ki, Çin də sentyabrdan etibarən adi rus pasportu sahiblərinə bir il müddətində 30 günədək vizasız səfər imkanı təqdim edəcəyini açıqlamışdı.