Putinin Ukrayna planı: - " Müharibəni bu vaxta qədər uzadacaq ki..."

Putinin Ukrayna planı: - " Müharibəni bu vaxta qədər uzadacaq ki..." Dünya

“Rusiya-Ukrayna müharibəsində heç kim fasiləyə hazır deyil. Münaqişənin dondurulması yalnız Moskvanın xeyrinə olardı”.

News24.az xəbər verir ki, bu barədə ukraynalı politoloq Vladimir Fesenko bildirib.

“Cəbhədəki nisbi sabitləşmə və ABŞ-dakı vəziyyətə görə Putinin müharibədə uduzmayacağına dair illüziyaları var. Bilərəkdən savaşı ən azı ABŞ-da prezident seçkilərinə qədər gecikdirir. İndi həm biz, həm də Rusiya hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmalara hazır deyilik, ona görə də Putin razılaşmanın mümkünlüyü ilə bağlı Qərbə fikir atır. Hansı şərtlərdə? Rusca? Bu, həm bizim, həm də Qərb üçün qəbuledilməz olacaq. Bu cür vasitəçilərin düşərgəsində hələ də rəqabət görürük. Türkiyə, Çin, Səudiyyə Ərəbistanı, Vatikan... Qərb mütləq danışıqlar prosesində olacaq. İndi bizim qərbli tərəfdaşlarımızın müəyyən konsolidasiyası, razılaşması və hərəkətlərin koordinasiyası var. Başa düşürlər ki, bizi bizim üçün sərfəli olmayan sülhə sövq etmək olmaz”, - ekspert vurğulayıb.

Fesenko Donald Trampın yenidən prezident kürsüsünə keçəcəyi təqdirdə Qərbin birliyini pozacağına işarə edib:  “Nə qədər ki, Tramp Putinlə danışıqlar aparmaq istəyir, yardımı kəsməklə Ukraynanı şantaj edə bilər”. 

Ayşən