"Putinlə görüş vacibdir" – Zelenskidən şok açıqlama

"Putinlə görüş vacibdir" – Zelenskidən şok açıqlama Dünya

Ərazi məsələlərinin həlli üçün Rusiya rəhbərliyi ilə birbaşa təmas vacibdir.

News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Biz bu və ya digər formatda Rusiya Federasiyası ilə, yəni Rusiya lideri ilə əlaqə qurmaq imkanına malik olmalıyıq. Belə bir format olmadan komandalarımız ərazi məsələləri üzrə razılığa gələ bilməyəcək”, – deyə prezident vurğulayıb.

Zelenskinin sözlərinə görə, məhz liderlər səviyyəsində təmaslar olmadan bu mövzuda irəliləyiş əldə etmək mümkün deyil.