Putinlə Uitkoff görüşdü
Dünya
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
News24.az xəbər verir ki, bu barədə Kremldən məlumat verilib.
Bildirilir ki, görüşdə Rusiya tərəfdən Prezidentin köməkçisi Yuri Uşakov, Prezidentin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev iştirak edir.
ABŞ tərəfdən isə görüşdə sahibkar, investor, “Affinity Partners” şirkətinin qurucusu Cared Kuşner, həmçinin ABŞ Ümumi Xidmətlər Administrasiyasının Federal Satınalmalar Xidmətinin komissarı Coş Qrünbaum yer alır.