Qadın tanışını "pol ağacı" ilə döyüb öldürdü

Qadın tanışını "pol ağacı" ilə döyüb öldürdü Dünya

Rusiyanın Voronej şəhərində tanışına bıçaq və “pol ağacı" ilə hücum edən qadın məhkəmə qarşısına çıxarılacaq.

News24.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin İstintaq İdarəsi məlumat verib.

İstintaqın məlumatına görə, 2025-ci ilin may ayında təqsirləndirilən şəxs tanışı ilə birlikdə spirtli içki qəbul edib.

Məclis zamanı qadınla kişi arasında mübahisə yaranıb. Tanışına əsəbiləşən qadın əvvəlcə “pol ağacı"nı götürərək zərərçəkmişə bir neçə dəfə zərbə endirib, daha sonra isə bıçağa əl atıb.

48 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Voronej sakini barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxsi 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. (gazeta.ru)