Qadınlar üçün olan sanitar qovşaqdan gizli kamera tapıldı

Qadınlar üçün olan sanitar qovşaqdan gizli kamera tapıldı Dünya

İstanbuldakı tikinti şirkətlərindən birinin qadınlar üçün olan sanitar qovşağında gizli kamera aşkarlanıb.

News24.az xəbər verir ki, hadisə şirkətin üç qadın işçisinin istifadə etdiyi sanitar qovşağında qeydə alınıb.

Medianın məlumatına görə, qadınlardan biri tualetə daxil olarkən havalandırma hissəsində şübhəli əşya görüb. Daha yaxından baxdıqda həmin əşyanın gizli kamera olduğu müəyyən edilib. İşçi dərhal digər əməkdaşlara və rəhbərliyə məlumat verib.

Hadisə ilə bağlı prokurorluq tərəfindən cinayət işi açılıb və şirkətdə araşdırmalar aparılır. Hazırda gizli kameranın kim tərəfindən və hansı məqsədlə yerləşdirildiyi müəyyənləşdirilir.