Qalmaqallı milyonçu faciəvi şəkildə öldü

Qalmaqallı milyonçu faciəvi şəkildə öldü Dünya

Zimbabvedə tanınmış biznesmen və milyonçu Uiknell Çivayo helikopter qəzasında həyatını itirib.

News24.az xəbər verir ki, qəza ölkənin paytaxtı Hararedən təxminən 70 kilometr məsafədə, Şərqi Maşonaland əyalətində baş verib.

Məlumata görə, helikopter havaya qalxdıqdan təxminən 40 dəqiqə sonra qəzaya uğrayıb.

Göyərtədə Çivayo, həyat yoldaşı Lüsi Muteke, daha üç sərnişin və iki pilot olmaqla altı nəfər olub.

Qəza nəticəsində onların heç biri sağ qalmayıb.

43 yaşlı Çivayo Zimbabvenin tanınmış və qalmaqallı biznesmenlərindən biri olub.

O, dəbdəbəli həyat tərzi, bahalı avtomobillər və böyük məbləğdə pul hədiyyə etməsi ilə sosial şəbəkələrdə məşhur olub. Biznesmen Zimbabve prezidenti Emerson Mnanqaqva ilə yaxın münasibətləri ilə də diqqət çəkib.