Qar, buz həyatı iflic etdi, uçuşlar təxirə düşdü
Dünya
Hollandiya dünəndən bəri davam edən güclü qar və şaxtalı hava səbəbindən böyük çətinliklərlə üzləşir.
News24.az xəbər verir ki, "Amsterdam Schiphol" hava limanında əsasən Avropa və Birləşmiş Krallığa olan 1050 uçuş ləğv edilib.
Yol idarəsindən bildirilib ki, səhər saat 8:00-a olan məlumata görə ölkədə ümumilikdə 690 kilometr uzunluğunda tıxac yaranıb. Duz səpən və qar təmizləyən maşınlar sıx tıxacda qaldığından yollar yalnız pik saatdan sonra açılacaq.
Meteorologiya Xidməti Flevoland və Utrext daxil olmaqla yeddi bölgə üçün narıncı həyəcan siqnalı verib.