Qar uçqunu faciəsi: 10 nəfər itkin düşdü – Bu ölkədə
Dünya
ABŞ-nin Kaliforniya ştatında baş vermiş güclü qar uçqunu səbəbindən dörd bələdçi və 12 xizəkçidən ibarət qrup 2500 metr yüksəklikdə uçquna düşüb.
News24.az xəbər verir ki, hadisə nəticəsində 10 nəfər itkin düşüb.
Məlumata görə, ən azı 6 nəfərin sağ qaldığı bildirilir. Təxminən 50 nəfərlik xilasetmə qrupu çətin hava şəraitində axtarışları davam etdirir.