Qara dənizdə təhlükə artır: Ərdoğan bu ölkələrə xəbərdarlıq etdi

Qara dənizdə təhlükə artır: Ərdoğan bu ölkələrə xəbərdarlıq etdi Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə kommersiya gəmilərinə edilən hücumları “qəbuledilməz” adlandırıb.

News24.az xəbər verir ki, Ərdoğan Türkiyənin şimal sahilləri yaxınlığında pilotsuz qayıq tərəfindən tankerin vurulduğu bildiriləndən sonra bütün əlaqədar tərəflərə xəbərdarlıq edib.

“Rusiya və Ukrayna arasında müharibə artıq Qara dənizdə naviqasiya təhlükəsizliyini açıq şəkildə təhdid etməyə başlayıb. Cümə günü bizim Xüsusi İqtisadi Zonamızda gəmilərin hədəfə alınması narahatedici eskalasiya siqnalıdır”, – Türkiyə lideri jurnalistlərə açıqlamasında deyib.

O, əlavə edib ki, bu hücumları heç bir şəkildə əsaslandırmaq mümkün deyil.

Xatırladaq ki, noyabrın 29-da Türkiyə bildirib ki, Rusiyanın “kölgə donanması” adlandırılan tanker qrupuna daxil olan “Virat “adlı tanker Türkiyənin Qara dəniz sahilindən təxminən 35 mil məsafədə pilotsuz qayıq tərəfindən vurulub.