"Qarabağdan köçən ermənilər..." - Paşinyan

"Qarabağdan köçən ermənilər..." - Paşinyan Dünya

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan köçən ermənilərin geri qayıdışının real olmadığını bildirib.

News24.az xəbər verir ki, onun sözlərinə görə, bu mövzunun gündəmdə saxlanılması bölgədə gərginliyi artıra bilər.

Paşinyan həmçinin Azərbaycanda zaman-zaman səslənən Qərbi Azərbaycan ifadəsinə münasibət bildirərək, iki tərəf arasında bu mövzuların paralel şəkildə həlli üçün birgə yol xəritəsi hazırlanmasını təklif edib.

Baş nazirin sözlərinə görə, tərəflər arasında belə bir anlaşma münaqişə risklərini minimuma endirə bilər.