Qatar işçilərə çırpıldı: 11 nəfər həyatını itirdi - Bu ölkədə
Dünya
Çinin Yunnan əyalətində dəhşətli qəza baş verib.
News24.az-ın məlumatına görə, sismik avadanlıqların sınağı zamanı hərəkətdə olan test qatarı reys yolunda çalışan işçilərə çırpılıb.
Kunminq şəhər rəsmilərinin məlumatına görə, Luyanq Dəmiryolu Stansiyasında baş verən insident nəticəsində 11 dəmir yolu işçisi həlak olub, 2 nəfər isə yaralanıb.
Hadisə ilə bağlı araşdırma davam edir.