Qatarlar toqquşdu: Çox sayda ölən var - Bu ölkədə

Qatarlar toqquşdu: Çox sayda ölən var - Bu ölkədə Dünya

Hindistanın Çhattisqarh ştatında sərnişin və yük qatarlarının toqquşması nəticəsində on bir nəfər həlak olub, iyirmi nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə “Times of India” məlumat yayıb.

Dəmir yolu idarəsinin məlumatına görə, sərnişin qatarı qırmızı siqnalı keçdikdən sonra 60–70 km/saat sürətlə yük qatarına çırpılıb.

Toqquşma o qədər güclü olub ki, sərnişin vaqonu yük qatarının üzərinə düşüb. Toqquşan qatarın sürücüsü hadisə zamanı həlak olub.