Qatarlar toqquşdu: Xeyli sayda yaralı var - Bu ölkədə

Qatarlar toqquşdu: Xeyli sayda yaralı var - Bu ölkədə Dünya

Danimarkada dəmiryolu qəzası baş verib.

News24.az xəbər verir ki, Hillerod şəhəri yaxınlığında iki qatarın toqquşması nəticəsində ümumilikdə 17 nəfər xəsarət alıb.

Məlumata görə, yaralılardan 4-nün vəziyyəti ağırdır. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub, zərərçəkənlərə yerində ilkin yardım göstərilib və xəstəxanalara çatdırılıblar.

İlkin məlumatlara əsasən, qəza iki qatarın qarşı-qarşıya toqquşması nəticəsində baş verib. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır, rəsmi qurumlar tərəfindən əlavə məlumatların veriləcəyi gözlənilir.